YapiKredi Müraciət Forması
Kriminal

Qubada dağlıq ərazidə meyit tapılması ilə bağlı açıqlama

Qubada dağlıq ərazidə meyit tapılması ilə bağlı açıqlama

Qubada meyiti tapılmış şəxsin üzərində zorakı əlamətlər aşkarlanmayıb.

Bu barədə Demokrat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır:

"Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib".

D
demokrat.az