Zahid Oruc Əli Kərimli və Arif Hacılıya səsləndi: “Şuşada olublarmı?“

DAXİLİ SİYASƏT 23 noy 2022, 16:35
"Bu tədbirdən sonra AXC və Müsavat partiyalarının rəhbərlərindən soruşmaq lazımdır ki, Şuşaya gediblərmi?" 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc jurnalistlər üçün keçirilən brifinqdə “qanun layihəsinin müzakirəsinə qatılmayan iki partiya - Müsavat və AXCP ilə hansısa təmas, müzakirəni mümkün sayırsınızmı?” sualını cavablandırarkən bildirib.

“Xaricə getmək üçün pasportları olmasa da, daxildə hərəkət edə bilirlər. Daxildə hərəkət üçün pasport tələb olunmur, onlar Şuşaya gediblərmi? Məsələn, Əli Kərimli, Arif Hacılı Şuşada olubmu? Biz qanun layihəsinin müzakirəsi zamanı həmrəyliyi pozmamaq üçün qətiyyən demədik ki, bu torpaqlar 90-cı illərdə kimin ucbatından, günahından itirilib. Mən öz subyektiv fikrim olaraq bildirirəm ki, görüş üçün heç bir problem yoxdur”,- deyə komitə sədri qeyd edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top