İmişlidə maşın aşıb: Ölənlər var

HADİSƏ 22 noyabr 2022, 15:40
İmişlidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunda qeydə alınıb.

İmişli sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlunun idarə etdiyi VAZ-21015 markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü hadisə yerində, qohumu olan sərnişini 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top