“İran indiki mürəkkəb zamanında boş yerə Azərbaycana əzələ nümayiş etdirməsin“ — Deputat

GÜNDƏM 21 noy 2022, 22:16
“Azərbaycan-İsrail münasibətləri çox yüksələn dinamika üzrə inkişaf etməkdədir. Artıq ən yüksəsk səviyyəli münasibətlər formalaşıb. İstər dövlətlər, istərsə də xalqlar arasında Azərbaycan-İsrail münasibətləri çox yüksək səviyyədə quurlmuşdur. Eyni zamanda Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı artıq Milli Məclisdə bu qanun layihəsi təsdiq edildi. Əlbəttə ki, bu çox əlamətdar bir hadisədir. Bu, eyni zamanda Azərbaycan-İsrail münasibətlərinin daha da inkişaf etməsinə xidmət edəcəkdir. Əlbəttə ki, İsrail Azərbaycanın hər zaman ərazi bütövlüyünü dəstəkləyən və bir çox sahələrdə əməkdaşlıq edən bir ölkədir. Eyni zamanda istər beynəlxalq aləmdə, istərsə də, hərbi müdafiə sahəsində Azərbaycan-İsrail münasibətləri çox yüksək səviyyədə qurulmuşdur“.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat diqqətə çatdırıb ki, eyni zamanda Fələstində də diplomatik nümayəndəliyin təsis edilmsəi ilə bağlı artıq Milli Məclisdə qərar qəbul olundu.

“Qeyd edim ki, Azərbaycanda İsrail səfirliyinin təsis edilməsi bir daha Azərbaycan-İsrail münasibətlərini daha da yaxınlaşdıracaq və bu əlaqələri daha da möhkəmləndirəcək, yeni əməkdaşlıq istiqamətlərini  müəyyənləşdirəcək. Bu, əlbəttə ki, regionda təhlükəsizlik baxımından çox vacib bir amildir. Azərbaycan-İsrail münasibətlərinin daha da yüksək səviyyəyə gəlməsi hər iki ölkə tərəfindən arzulanan bir məsələdir“.

Millət vəkili vurğulayıb ki, İran-Azərbaycan münasibətləri son dönəmlər çox mürəkkəbləşibdir. 

“İran onsuz da 30 il ərzində, yəni Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı hər zaman qərəzli münasibət bəsləyib. Amma onlardan fərqli olaraq Azərbaycan hər zaman dost, qonşuluq münasibəti sərgiləməyə çalışmışdır. 44 günlük müharibədə əldə etdiyimiz tarixi qələbədən sonra İran artıq bu qərəzi açıq şəkildə nümayiş etdirir. Xüsusən də, Zəngəzur dəhlizinin açılması məsələsi artıq bir reallığa çevrildikdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başladı. İran rəsmiləri, millət vəkilləri tərəfindən, parlament üzvləri tərəfindən, din xadimləri tərəfindən Azərbaycana qərəzli mövqe nümayiş etdirməyə çalışdılar. Əlbəttə ki, bu yolverilməzdir. Birincisi, Azərbaycan artıq güclü və qüdrətli ölkədir. Azərbaycanla hər hansı bir ölkə təzyiq və təsir dilindən, əzələ nümayiş etdirməklə, danışa bilməz. Bizim gücümüz 44 günlük Vətən müharibəsində nümayiş olundu“. 

“İran onsuz da Azərbaycana qarşı indiki məqamda daha çox qərəzli mövqe nümayiş etdirir. Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi heç də bugünkü Azərbaycan-İran münasibətlərindən irəli gəlmir. Bu Azərbaycan-İsrail münasibətləri uzun illərdir çox müsbət dinamika üzrə inkişaf etməkdədir. Biz İsraillə münasibətləri daha da dərinləşdirmək istəyirik.  O ki, İranın bundan qıcıqlanıb qıcıqlanmamağına, qeyd edim ki, bu artıq İranın öz işidir. Azərbaycan müstəqil və milli maraqlara söykənən siyasət yürüdür. Əgər kimsə bundan qıcıqlanırsa, bu onların öz daxili işləridir. Daxili işləri qeyd etmişkən, İran indiki mürəkkəb zamanında boş yerə Azərbaycan əzələ nümayiş etdirməyə çalışmaqdansa, daxildə olan acınacaqlı vəziyyətdən çıxmağa cəhd etsinlər. Çünki iki aya yaxındır orada yaşayan insanlar öz hüquqlarını, azadlıqlarını tələb edirlər. İndiki hakimiyyət olan molla rejimindən canlarını qurtarmaq istəyirlər. Azərbaycan-İsrail münasibətləri bundan sonra daha da sürətlə inkişaf edəcəkdir“.    

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top