“Azərbaycan bu dəfə İranın ağzının payını verdi” – Sabiq deputat

SİYASƏT 21 noy 2022, 17:44
“İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin çıxışından İranın Azərbaycana  qarşı mövqeyinin yumşalmağa başladığı hiss olunur. Cənab Prezident, onu dəstəkləyən Milli Məclis, hökumət üzvləri, Azərbaycan mediası, siyasi partiyalar və Azərbaycan ziyalılarının çıxış etməsi İranın mövqeyini xeyli yumşaltdı. Düzdür, burada İranın dəstəkləyənlər də oldu. Bu da təbiidir, çünki Azərbaycan demokratik ölkədir. Amma sözün əsl mənasında Azərbaycan bu dəfə İranın ağzının payını verdi”

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. 

“İran çox gözəl bilir ki, o Azərbaycanla hər hansı müharibəyə başlasa, daxilindəki türklər onu çökdürəcək. Çünki İran ordusunun 60 faizindən çoxunu türklər təşkil edir. Bizim heç bir cənublu qardaşımız bizə atəş açmayacaq. O silahlar birləşəcək və birdən-birə İran qarşısında 10 milyon Azərbaycanı deyil, 50 milyonluq azərbaycanlını görəcək. Bu da İranın məhvi deməkdir. Görünür bunu anladılar, heç olmasa sağolsunlar. İnanmıram ki, Vilayətinin bu ağıllı sözündən sonra İran hansısa addımı atsın”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top