Ərdoğandan CİDDİ XƏBƏRDARLIQ: “Hava hücumu ilə məhdudlaşmayacaq”

REGİON 21 noy 2022, 16:16
Türkiyənin Suriya və İraqın şimalında həyata keçirdiyi “Pençe Kılıç” antiterror əməliyyatı təkcə hava hücumu ilə məhdudlaşmayacaq.

Demokrat.az
APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, bununla bağlı məsləhətləşmələr davam edir:

“Bunu asanlıqla deyə bilərəm ki, əvvəla, İraq və Suriyanın şimalındakı bu əməliyyat təsadüfən həyata keçirilən əməliyyat deyil. Əvvəl də dediyimiz kimi, əgər kimsə ölkəmiz, torpaqlarımıza təcavüz edirsə, bunun cavabını ona verəcəyik”.

Ərdoğan əlavə edib ki, o, bu əməliyyatla bağlı Bayden və Putini məlumatlandırmayıb: “Amma həm cənab Bayden, həm də cənab Putin artıq bilirlər ki, biz bu regionda istənilən vaxt bu cür əməliyyatlar edə bilərik”.

Türkiyə Prezidenti “Pençe Kılıç”ın icrasında 70-ə yaxın döyüş təyyarəsi və PUA-ların iştirak etdiyini də vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top