Messi Qətərdə belə qorunur — VİDEO

İDMAN 21 noy 2022, 12:48
Dünya çempionatı üçün Qətərdə olan Argentina millisinin ulduzu Lionel Messinin qorunması diqqət çəkib. 

Deokrat.az
xəbər verir ki, stadiondan və oteldən başqa yerlərdə xüsusi mühafizəçilərlə gəzən Leo komanda yoldaşları tərəfindən də qorunur. 

Belə ki, onun daha çox qorunması Rodriqo De Paul və Nikolas Otamendiyə tapşırılıb. 

Məhz bu iki futbolçu Messinin oteldə qonşularıdır. Leo Serxio Aqüeronun yığma karyerasını başa vurmasından sonra otaqda tək qalır. 

De Paul təkcə oteldə deyil meydançada da Messini qoruyur. Bununla bağlı videolar sosial şəbəkələrdə gündəm olub.

/Qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top