Saatlıda yol qəzası baş verib, xəsarət alanlar var

HADİSƏ 20 noy 2022, 20:22
Saatlıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Hadisə rayonun Məmmədabad kənd ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə iki avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top