Türkiyə sahillərində 50-dən çox miqrant xilas edilib

REGİON 20 noy 2022, 00:27
Türkiyə Sahil Mühafizəsi Balıkəsir vilayətinin Ayvalık rayonu sahillərində 51 qanunsuz miqrantı xilas edib.

Bu barədə Türkiyə Sahil Mühafizəsi bildirib.

Məlumata əsasən, Yunanıstan hərbçiləri miqrantların olduğu qayığı Egey dənizindəki Türkiyə ərazi sularına zorla yönləndirib.

Miqrantlar kömək üçün siqnal verdilər və yardım üçün Türkiyənin “TCSG-28” kateri gəlib.

Xilas olunanların hamısı xarici ölkə vətəndaşlarıdır. Onlara tibbi yardım göstərilib, ərzaqlar verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top