Rusiyada qaz kəmərində partlayış — VİDEO

REGİON 19 noy 2022, 19:38
Rusiyanın Leninqrad vilayətində güclü yanğına səbəb olan partlayış baş verib.

Bu barədə Leninqrad vilayəti hökuməti xəbər yayıb.

İlkin məlumata görə, yanğın Vsevolojsk yaxınlığında, yanacaqdoldurma məntəqəsində baş verib. Yanğınsöndürənlər hadisə yerindədir.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, yanğın Bernqardovka ilə Kovalevo arasında qaz kəmərində baş verən partlayış nəticəsində olub.

"Əhali üçün və yanğının yaşayış məntəqələrinə keçməsi təhlükəsi yoxdur. Partlayışın səbəbləri müəyyənləşdirilir", - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top