"Ukrayna informasiya məkanında Rusiyadan üstündür" — Zelenski

DÜNYA 18 noy 2022, 22:29
Prezident Volodimir Zelenski hesab edir ki, Ukrayna informasiya məkanında Rusiya Federasiyasından üstün ola bilib.

Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, o, bu fikri İrlandiyanın tələbə icmasına müraciəti zamanı bildirib.

Zelenski qeyd edib:

"İnanıram ki, biz bu yolu çox yaxşı qət etmişik. Hələ tam deyil, amma eşidilməyə başlamışıq. Bizim əlimizdəki informasiya güclü silaha çevrilib"

Dövlət başçısı müraciətində buna görə bütün dünyaya və ukraynalılara təşəkkür edib.

Xəbər verildiyi kimi, 2022-ci il fevralın 24-də Rusiya Federasiyası Ukraynaya genişmiqyaslı işğala başlayıb və bununla da 2014-cü ildən davam edən hərbi təcavüzü davam etdirib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top