Qaçqın və məcburi köçkünlər “Azəristiliktəchizat”a 6,5 milyon manat borcludur

İNFRASTRUKTUR 15 noy 2022, 12:45

Bu il noyabrın 1-nə Azərbaycanda qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 489,4 min manat ödənilməmiş borc olub.

“Report” bu barədə “Azəristiliktəchizat” ASC-yə istinadən xəbər verir.

“Təəssüf ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan deyil. Məsələn, sözügedən rəqəmlər Nəsimi rayonu, Topçubaşov küçəsi, 23a ünvanında 20,7 %, Xətai rayonu, Telnov (Lütfizadə) küçəsi, 7 ünvanında 19 %, Sabunçu rayonu, 4094-cü məhəllə, bina 6 ünvanında 5,4 % Suraxanı rayonu, Hafis Quliyev küçəsi, 22 ünvanında 10,1 %, Yasamal rayonu, Parlament prospekti, 1 ünvanında 11,6 % Yasamal rayonu, Zahid Xəlil küçəsi, 17 ünvanında 17,8 %-dir”, - məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top