Zelenskinin Xersondan görüntüləri yayıldı — FOTO

DÜNYA 14 noy 2022, 14:06
Ukrayna Prezidenti Volodimir Zelenskinin işğaldan azad olunmuş Xersondan fotoları yayılıb.

Demokrat.az
mk.ru-ya istinadən xəbər verir ki, bu fotoları Ukrayna mediası yayıb.

Yayılmış fotoşəkillərdə Zelenski şəhərin mərkəzində, hərbçilərin və mətbuatın əhatəsində görünür. 

Zelenskinin yerli sakinlərlə ünsiyyətinin videoyazıları da yayımlanıb.
 
Ukrayna hakimiyyəti hələlik məlumatı şərh etməyib.

Qeyd edək ki, noyabrın 11-də Rusiya Müdafiə Nazirliyi rus qoşunlarının Xersondan köçürülməsinin başa çatdığını elan edib. Heyət və texnika itkisinə yol verilmədiyi və hazırda qoşunların Dnepr çayının sol sahilində hazırlanmış xətləri zəbt etdiyi bildirilib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top