Gürcüstanda soydaşlarımız etiraz aksiyası keçirdi — VİDEO

REGİON 12 noy 2022, 22:24
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Dəllər (Muşevani) kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

Buna səbəb isə kəndin ərazisində aşkrarlanan qızıl yataqlarında qazıntı işlərinin aparılmasıdır.

Kənd sakinləri bildiriblər ki, əgər yataqlarda qızıl hasilatına başlanarsa, bu, kəndin ekologiyasına, eləcə də əhalinin yaşam tərzinə çox mənfi təsir edəcək.

Onlar etirazlarına davam edəcəklərini bildiriblər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top