Çindən gələn turistin çamadanında ölümcül virus aşkarlandı

DÜNYA 11 noy 2022, 23:01
Çindən Tailanda gedən turistin çamadanında ölümcül virus aşkar edilib.

Demokrat.az
 "TGRT haber"ə istinadən xəbər verir ki, hadisə Tailandın paytaxtı Banqkokdakı Suvarnabhumi hava limanında baş verib. 

Çindən gələn təyyarənin yüklərinii araşdıran dedektiv itlər şübhəli çamadan tapıblar.

Çinli turistə aid olan çamadanın sahibi ilə əlaqə saxlamaq mümkün olmadıqda, onun ağzını açan təhlükəsizlik əməkdaşları 2,5 kq qurudulmuş yarasa, 4,5 kq qurudulmuş donuz əti və vakuumlanmış donuz basdırması aşkarlayıblar.

Məsələdən xəbərdar olan Tailand Heyvandarlığın İnkişafı Agentliyinin hava limanındakı baytarı Rattana Mangkolanon bildirib ki, qurudulmuş donuz ətində Afrika donuz qripi virusu, yarasa ətində isə ölümcül "Nipah" virusu şübhələri var. 

Baytar həmçinin əlavə edib ki, ətlərin bu şəkildə ölkəyə gətirilməsi çox təhlükəlidir. O, paketlərin artıq müayinə üçün laboratoriyaya göndərildiyini deyib. 

Hava limanı polisi faktla bağlı araşdırmalara başlayıb.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top