Fars mollaları İranın Azərbaycandakı səfirini rəsmi Bakıya satılmaqda ittiham edib

SİYASƏT 11 noy 2022, 18:45
DTX tərəfindən bir müddət öncə İran səfirliyinin qanunsuz əməlləri ifşa edildikdən sonra, İranın Azərbaycandakı səfirliyi ya öz günahlarını yumaq üçünmü, ya da, regiondakı reallıqlara bəsirət gözləri çox zəif görən mollalar kimi Arazın cənubundan deyil, elə şimalından baxdıqlarına görəmi doğru bir addım atmağa çalışıb.

Tarixi Zəfərimizlə bağlı İran dövlət olaraq Azərbaycanı təbrik etməyə özündə güc tapa bilməsə də, Azərbaycandakı səfirlik bu təbriki edib. Bəlkə də, səfir düşünüb ki, mollalar özü bilər, nə olar, nə olmaz, mən Bakı ilə münasibətlərimi qorumağa çalışım. Və yaxud da, bəlkə doğrudan da özündə güc tapıb mollaların siyasətinə etiraz edib!

Ermənipərəst iranski mollalar da səfir Seyid Abbas Musəvinin bu hərəkətini görüb dəli olublar. Səfiri Bakıya və Prezident İlham Əliyevə satılmaqda ittiham edib səfir vəzifəsindən uzalqaşdırılmasını tələb ediblər. Ağayi mollalar, səfirin o hərəkəti qəbahət deyil, əksinə İran dövlətinin borcu idi ki, müsəlman və xeyir quvvə olan Azərbaycanın müsəlman qatili və şər olan Ermənistan üzərində qələbəsi münasibəti ilə rəsmi Bakını təbrik edə idi! Ancaq sizin “iranski islam”da yəqin hər şey tərsinədir! Olsun!

Digər tərəfdən də, rəsmi molləvi Tehran bizim İrandakı səfirimiz Əli Əlizadəni İran XİN-ə çağırıb və ona Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması ilə bağlı rəsmi Tehranın etirazını bildirib. Dolayı yolla bildirib ki, biz İran olaraq müsəlmanları öldürən, onları təhqir edən, məscidləri dağıdaraq orada donuz saxlayan şər Ermənistana qucaq aça bilərik, 40 milyonluq azərbaycanlını bütün hüquqlarından məhrum edib 3-4 min erməniyə bütün hüqulqrını verə bilərik, hətta islamda haram buyurulmuş spirtli içki içmək və digər hüquqlarını da! Çünki bizdə “iranski islam”dır, sizdə isə əsl İslam!

politoloq Xəyal Bəşirov

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top