PSJ "Fənərbağça"nın futbolçusu üçün rekord məbləğ təklif edir

İDMAN 11 noy 2022, 17:48
"Fənərbağça"nın gənc ulduzu Arda Gülər bir çox Avropa nəhənginin maraq dairəsindədir.

Demokrat.az
"Fanatik"ə istinadən xəbər verir ki. PSJ klubu 17 yaşlı yarımmüdafiəçi üçün dünya rekordunu qırmağa hazırdır. Paris təmsilçisi Gülər üçün 25 milyon avro ödəməyi planlaşdırır.

"Borussiya" (Dortmund), "Arsenal", "Tottenhem", "Napoli" kimi nəhəng klublar da Arda ilə yaxından maraqlanır.

Qeyd edək ki, "Bavariya"nın 20 milyon avroya "Renn"dən transfer etdiyi Matis Tel 18 yaş altı transfer edilən ən bahalı oyunçudur.

Xatırladaq ki, "Gənclərbirliyi" klubunun yetirməsi olan Arda Gülər 2019-cu ildə "Fənərbağça" akademiyasına transfer olunub. O, 2021-ci ildə isə İstanbul təmsilçisi ilə karyeasının ilk peşəkar müqaviləsini imzalayıb. Futbolçunun klubla sözləşməsi 2025-ci ildə başa çatır./Offsideplus.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top