“Fərqi yoxdur qətldir, ya başqa filan...” — Partiya sədrindən onu qınayanlara CAVAB

GÜNDƏM 10 noy 2022, 17:02
“Sözün düzü, ünvanıma qınaqlar çox olub. Çünki mən cəmiyyətin rəyinə fikir verirəm və insanların, sadə vətəndaşların reaksiyasının böyük əksəriyyəti müsbətə doğrudur”.

 Bu sözləri Yenisabah.az-la söhbətində Ağ Partiyanın başqanı Tural Abbaslı deyib.

O, sosial şəbəkə hesabında Rəşad Dağlıya dəstəyini nümayiş etdirən postun birmənalı qarşılanmamasına rəy bildirib: 

“Bir çox hallarda buna qınaq və neqativ şəkildə yanaşanların çoxu xalqla bu və ya digər formada təmasını itirmiş insanlardır. Xalqla iç-içə deyillər və xalqın həssaslığından xəbərsizdirlər.

Meyxana folklor sənətimizdir və kifayət qədər dəstəkçi kütləyə malik peşə növüdür. Rəşad həm istedadlı şairdir, həm də xalq tərəfindən sevilir. Üstəlik, onun münaqişədə olduğu insanın xarakteri və fəaliyyətini də nəzərə alanda, təbii ki, siyasi partiya sədriyik deyə, bütün aləmdən qopmalı, haqq-ədalətdən kənarda durmalı deyilik.

Bu baxımdan, Azərbaycan vətəndaşı kimi bu məsələdə mövqe qoymağı özümüzə borc bildik. Fərqi yoxdur qətldir, ya başqa filan... Əgər xalqın içindəyiksə, məsələyə reaksiya verməliyik”.

Ağ Partiya sədri əlavə edib:

“Sözün düzü, məhdud dairələrin mənim haqqımda nə düşündüyü önəmli deyil. Əsas insanlar və cəmiyyətimizdir. Onların da reaksiyası müsbətdir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top