Ukrayna ordusu Rusiya qoşunlarını Xersondan qovdu

REGİON 10 noy 2022, 15:33
“Rusiya qoşunları plana uyğun olaraq ciddi şəkildə Dnepr çayının sol sahilində Nikolayev-Krivoy Roq istiqamətində hazırlanmış mövqelərdə manevr həyata keçirir”.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qoşun bölmələri Dnepr çayının sağ sahilini tərk edərək Nikolayev-Krivoy Roq istiqamətində təsdiq olunmuş plana uyğun olaraq çayın sol sahilində hazırlanmış mövqelərdə manevr edir.

Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin dünən müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir. Şoyqu isə öz növbəsində, qoşunların geri çəkilməsini əmr edib.

DİGƏR XƏBƏRLƏR

Top