Həkimlərin maaşı yenidən artırılacaq

SOSİAL 10 noy 2022, 12:15
"Bizə daha çox müraciət olunan mövzulardan bir səhiyyə sahəsində çalışan əməkdaşların əməkhaqlarının artırılması ilə bağlıdır. Bununla əlaqədar işlər aparılır".

Demokrat.az
xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deyib.

“2022-ci ildə əksər ixtisaslı həkimlərin əməkhaqları 1000 manat üzərində müəyyən olunub. Əlavə olaraq onlar bonuslar alırlar. Yenə də bu məsələyə baxılacaq. Eyni zamanda, tibb işçilərinin yenidən əməkhaqlarının artırılması məsələsinə baxılacaq. Bu da bizim büdcəmizdən asılıdır”, - deyə qurum rəhbəri bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top