Bibisi oğlu öldürülən Ələkbər Yasamallı telefonlara cavab vermir

GÜNDƏM 09 noy 2022, 21:41
Xəbər verdiyimiz kimi meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi İsgəndər Mehtiyev daha bir meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur. 

"Rupor"un məlumatına görə, jurnalistlər Ələkbərin mobil telefonuna zəng ediblər. Telefonu götürən şəxs meyxanaçının hazırda Almaniyada olduğunu deyib, mövzu ilə bağlı isə xəbərsiz olduğunu bildirib. 

Xatırladaq ki, neyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov bu gün səhər saat 05:00 radələrində Bakının Qaradağ rayonunda qətl törədib.

1984-cü il təvəllüdlü R.Əmirov İsgəndər adlı şəxsi bıçaqla öldürüb.

R.Əmirov şübhəli şəxs qismində saxlanılıb. İlkin ehtimala görə, meyxanaçı İsgəndəri söyüşə görə öldürüb. 

DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, öldürülən şəxs Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. 

O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top