İlham Əliyevin Vətən müharibəsində rolu — VİDEO

SİYASƏT 09 noy 2022, 17:26
Bir dövlətin öz taleyini həll etməsində ən önəmli faktorlardan biri də güclü lider anlayışıdır. Çünki güclü lider həm də güclü dövlət deməkdir və ölkələrin inkişafının əsas stimullarından biridir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uzun illər Ermənistanın işğalı altında qalan əraziləri cəmi 44 gün ərzində azad etməsi və düşmənin məğlubedilməzlik mifinə son qoyulması bunun bariz göstəricisidir. Bununla da nəinki Ermənistan, havadarları belə Azərbaycan xalqının və onun Ali Baş Komandanının iradəsi ilə hesablaşmağa məcbur oldular.
Politoloq İlyas Hüseynov qeyd edib ki, Azərbaycanın xarici siyasəti və diplomatiyası paralel olaraq erməni təbliğat maşınının həyata keçirdiyi bütün işləri darmadağın edib.

Prezident İlham Əliyev müharibə dövründə həm də informasiya cəbhəsində Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün qətiyyətlə mübarizə apardı. Ölkə başçısının dünyanın çoxsaylı  mətbu orqanlarına verdiyi müsahibələr, apardığı diplomatik danışıqlar Azərbaycanın əlini daha da gücləndirdi. Bununla da, dövlət başçısı siyasi iradəsini və prinsipial mövqeyini nümayiş etdirməklə, müharibənin nəticəsini daha da tezləşdirdi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top