Tanınmış vəkildən açıqlama: “İrana cavab olaraq, İsrailin Zəngilanda konsulluğu açılmalıdır”

GÜNDƏM 07 noy 2022, 19:02
"Qafanda İran Baş konsulluğunun açılışında Ermənistan Təbrizdə öz konsulluqlarını açmaq niyyətini bəyan edib. Bununla da İsrailin Zəngilanın Ağalı kəndində konsulluğu açılması labüd oldu."

Demokrat.az
xəbər verir ki, bu fikirləri tanınmış vəkil Ceyhun Yusifov bildirib.

"Mütləq qaydada ən qısa vaxt ərzində bu konsulluğun açılması dövlətimiz tərəfindən təmin olunmalıdı. İranın Zəngilanda üçrəngli bayrağımızı görməyə dözümü yox idi, indi isə üçrəngli bayrağımızın ardınca İsrailin altıgüşəli ulduzlu bayrağını da görməli olacaq, yəqin ki bundan sonra ağıllanar.Təl-Əviv-Zəngilan-"Min gəl"

Kəndimizin adı da yəqin ki, İrana Bəxtiyar Vahabzadənin bu şeirini də xatırladar:

"Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır!
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır!""

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top