Cəbrayılda insan sümükləri TAPILDI

SOSİAL 06 noyabr 2022, 13:00
Cəbrayıl rayonunun Çullu kəndində insan sümükləri tapılıb.

Demokrat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki gün əvvəl kənd ərazisində yer səthinin 3-5 santimetrliyində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib.

Məlumata görə, yaxınlıqda insan skeletinin digər hissələrinə rast gəlinməyib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top