Qubada yanğın oldu

HADİSƏ 05 noy 2022, 21:23
Quba rayonunda istirahət mərkəzinin ərazisində yanğın baş verib.

Bu  barədə FHN məlumat yayıb. 

Xəbərə görə, Quba rayonunun İkinci Nügədi kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 100 m²) olan və tikintisi başa çatmayan dördmərtəbəli binanın 1-ci mərtəbəsində 100 m² sahəyə yığılan tikinti materialları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top