Füzulidən olan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub — FOTOLAR

SOSİAL 05 noy 2022, 15:31
8 Noyabr Zəfər Günü ərəfəsində Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşülüb.

Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan görüşlərdə RİH-nin başçısı Alı Alıyev və Aparatın əməkdaşları tərəfindən ərazidə yaşayan Vətən müharibəsi şəhidi ailələri ilə yanaşı Respublikamızın  müxtəlif bölgələrində yaşayan və bu qəbildən olan bütün ailələr də ziyarət olunub.

Məlumat üçün qeyd edək ki, Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri rayon ərazisi ilə yanaşı Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, İmişli, Beyləqan rayonları ərazisində də məskunlaşıb yaşayırlar. 

Ziyarət zamanı şəhid ailələri 8Noyabr Zəfər Günü münasibətilə təbrik olunmuş, onlarla səmimi söhbətlər aparılmış, ailələrə bayram sovqatları təqdim olunmuşdur.

Şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top