“Rusiya, İran və Qərb Cənubi Qafqazda qaranlıq maraqlarını həyata keçirmək istəyirlər” —Politoloq

SİYASƏT 03 noyabr 2022, 21:47
“Azərbaycan və Ermənistan liderləri arasında Praqada, xüsusilə də 31 oktyabr tarixində Soçidə keçirilən görüşlərdən sonra Ermənistan cəmiyyətində məqsədli şəkildə qısa bir müddət ərzində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı təxribat xarakterli informasiyalar yayılmaqdadır. Hesab edirəm ki, bu informasiyaların yayılmasında Rusiyaya bağlı qüvvələrin böyük xidmətləri var. Bu informasiyalar əslində Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində irəliyə doğru atılmış addımların sabotaj edilməsi məqsədi daşıyır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Anar Əliyev deyib. Politoloqun fikrincə,  məqsəd Ermənistan cəmiyyətində sülh müqaviləsi ilə bağlı razılığın əldə olunması, amma bu razılıqların Ermənistan cəmiyyətindən gizlədildiyinə dair təsəvvürlər formalaşdırmaqdır. 

“Bu təbliğatın aparılmasının həyata keçirən tərəflərin əsas niyyəti  Ermənistan cəmiyyətində Nikol Paşinyana qarşı olan inam və etimadın zəiflədilməsidir. Bununla da,  Paşinyan Ermənistan xalqının başı üzərindən Ermənistan cəmiyyətinin xəbəri olmadan növbəti dəfə Azərbaycanla güzəştlərə, məğlubiyyətə əsaslanan razılaşma imzalamağa hazırlaşır təsəvvürünü formalaşdırmağa çalışırlar. Hesab edirəm ki, burada məqsədlər çox aydındır. Bu, heç də Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin formalaşması, Cənubi Qafqazda münasibətlərin normallaşmasına xidmət edən hədəflər deyil. Burada başlıca məqsəd xüsusilə Qərb institutlarının təzyiqi və təsiri altında  Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində irəliyə doğru atılan addımların qarşısının alınması və Ermənistan cəmiyyətində kəskin narazılığın formalaşdırılması məqsədi daşıyır. Xüsusilə də, Praqa və Soçi görüşlərində 1991-ci il dekabr tarixli Almaatı bəyannaməsinə istinad edilməsi və bu bəyanata əsasən qarşılıqlı şəkildə hər iki dövlətin qarşı tərəfin ərazi bütövlüyünü tanımasını bəyanat səviyyəsində olsa belə bəyan etməsi həmin dairələri çox ciddi şəkildə narahat edir. Ona görə də, mümkün qədər bütün variantlardan istifadə etməklə, xüsusilə də Ermənistan cəmiyyəti üzərindən proseslərin sabotaj olunması və inkişaf prespektivlərinin qarşısını almağa çalışırlar. Reallıqda isə Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin tənzimlənməsinə Ermənistan-Azərbaycan ciddi siyasi iradə ortaya qoyubdur. Çox təəssüf ki, Ermənistan tərəfindən adekvat addımların atıldığını müşahidə etmirik. Əksinə, Ermənistan tərəfi mümkün variantlardan istifadə etməklə, rəsmi İrəvan da daxil olmaqla mümkün imkanlardan istifadə etməklə, danışıq prosesini uzatmağa çalışırlar”.



Politoloq əlavə edib ki,  xüsusilə 2023-cü Türkiyədə, 2024-cü ildə Rusiyada keçiriləcək president seçkilərindən sonra, eyni zamanda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin real nəticələri ortaya çıxdıqıan sonra yarana biləcək yeni şəraitin şərtlərinə uyğun daha uyğun tələbləri irəli sürmə imkanları qazanmağı düşünürıər.

“Ermənistanda hesab olunur ki, hər 2023-cü və 2024-cü il prezident seçkiləri, Rusiya Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq mövcud şəraitdən Ermənistan üçün daha yaxşı şərtlər irəli sürmək üçün şərait formalaşa bilər. Ona görə də, mümkün qədər prosesləri uzatmağa, bütün imkanlardan istifadə etməklə, əldə olunmuş nəticələrin sabotaj olunmasına çalışırlar. Hesab edirəm ki, bunu Cənubi Qafqazda proseslərə təsir etmək imkanlarını ortaya qoyan güclər də çox yaxşı qiymətləndirirlər. Ona görə də. yaxın müddətlərdə Ermənistana əlavə təzyiqlərin edilməli olduğunu düşünürəm. Hesab edirəm ki, bu prosesdə Türkiyə və Azərbaycan birliyi və birgə fəaliyyəti çox effektivdir. Və yeni effektiv nəticələr doğura bilər. Türkiyə və Azərbaycan birliyi, birgə siyasəti ilə Ermənistanın bu sabotaj xarakterli fəaliyyətinə daha ciddi təzyiqlər işlənib hazırlanmalı və həyata keçirilməlidir. Ermənistana növbəti dəfə sülhə məcbur edilmə prosesi başlanılmalıdır, əks halda Ermənistanım xoşluqla sülh danışıqları ilə bağlı real addımların atılmasını o qədər də prespektiv baxımından real hesab etmirəm. Hesab edirəm ki, bu baş verən proseslərdə Cənubi Qafqazda özlərinin qaranlıq maraqlarını həyata keçirmək istəyən Qərb dövlətləri Rusiya ilə yanaşı İranın çox ciddi neqativ fəaliyyəti özünü göstərməkdədir. Məhz bu fəaliyyətin nəticəsi olaraq, Ermənistan Azərbaycanla sülh danışıqlarında özünün bir qədər daha rahat hiss etməyə başlayıb. Hesab edirəm ki, İranin bu neqativ fəaliyyəti proseslərin tənzimlənməsinə yox, proseslərin pozulmasına xidmət edən davranışdır. Açıq şəkildə Azərbaycanın rəsmi şəxsləri və mətbuat vasitəsilə çatdırmışıq. Bundan sonra İrana və İranın rəsmi siyasətinə, eyni zamanda Rusiyanın da, Qərbin də Qafqazdakı mənfi siyasətinə təsir edə biləcək açıq mövqeyimizi ortaya qoymalıyıq”.  

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top