Şirlər zoorpakdan qaçdı — Qonaqların olduğu əraziyə yaxınlaşdılar

MARAQLI 02 noy 2022, 23:46
Avstraliyada zoorpakdan bir böyük və 4 balası olmaqla 5 şir qaçıb.

Demokrat.az
"Hürriyyət"ə istinadən xəbər verir ki, hadisə Sidney şəhərindəki Taronga Zooparkında baş verib.

Hadisədən sonra zooparkın sözçüsü bildirib ki, bütün şirlər qısa vaxtda tutulub və balalardan birinə trankvilizator iynəsi vurulub

Aslanların necə qaçdığı haqda məlumat verilməsə də, zooparkın direktoru Simon Daffi bunun "ciddi hadisə" olduğunu deyib və araşdırmaya başlanacağını vurğulayıb.

Bildirilib ki, qaçan şirlər qonaqların olduğu əraziyə 100 metr yaxınlaşıblar. Vəziyyəti görən zabitlərdən biri həyəcan təbilini işə salıb.

Direktor əlavə edib ki, aslanlar tutulsa belə, təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsi və çatışmazlıqların aradan qaldırılması üçün zooparkın bu hissəsi bir müddət bağlı qalacaq.

Həsən
Demokrat.az


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top