Çavuşoğlu: "Yunanıstan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etmir"

DÜNYA 02 noy 2022, 16:21
"Verdiyimiz cavablar Yunanıstanı hiddətləndirdi. Hüquqi arqumentlərimiz onları çox narahat etdi".

Demokrat.az
"Mehr" Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada təşkil olunan “Egey və Aralıq dənizində Türkiyənin xarici siyasəti” adlı paneldə çıxışı zamanı bildirib.

Egey dənizində son vaxtların gərginliyinə toxunan nazir rəsmi Afinanın təbliğatının iflasa uğradığını qeyd edib:

"Bizi sahillərimizdə həbs edən faktı qətiyyən qəbul etmirik. Yunanıstanın hava məkanı iddiaları özünəməxsus bir xüsusiyyətdir" dedi. Bundan başqa, Yunanıstanda azlıqların hüquq və azadlıqları pozulur. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etmirlər".

Çavuşoğlu jurnalistlərə açıqlamasında, Yunanıstandakı ABŞ bazalarından da danışıb: 

"Həmin bazaların Rusiyaya qarşı olduqlarını deyirlər, amma inandırıcı deyil. Bu tip məsələlərin Yunanıstanı gərginlikdən və onun həlli yolundan uzaqlaşdırdığını söyləmişik". 

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top