Hacıqabul polisi əməliyyat keçirdi: Narkotacirlər saxlandılar — FOTO

KRİMİNAL 02 noy 2022, 16:28
Hacıqabulda narkotacirlər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Qaçayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 320 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində analoji cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən daha 3 nəfər - Hacıqabul rayon sakini Şəhriyar Əsədov, Bakı şəhər sakinləri Əli Əlizadə və Sahim Hümbətov da saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə narkotik vasitə olan heroin aşkarlanıb. 
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Araşdırmalar davam etdirilir. 



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top