“Frayburq“un baş məşqçisi: “Qarabağ“la matçda kimlərin oynayacağını demək istəmirəm“

İDMAN 02 noy 2022, 13:40
"Hələ kimin oynaması barədə heç nə demək istəmirəm". 

"Report"un məlumatına görə, bunu Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis hər bir oyunçuya bu görüşdə şans verə biləcəyini söyləyib: "Qapıçı mövqeyində də dəyişiklik ola bilər".

Ştrayx bəzi itkilərinin olduğunu sözlərinə əlavə edib: "Manuel Qulde və Jonatan Şmid Bakıya getməyəcək".

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top