BMT-nin Baş katibi: “Bu il dünyada 70-dən çox jurnalist öldürülüb”

DÜNYA 02 noy 2022, 11:19
“Bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb”.

“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb.

O bildirib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır.

“Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik”, - Baş katib vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top