“Ramil Usubovun bağışladığı o sənədi göz bəbəyi kimi qoruyuruq” — FOTO

DAXİLİ SİYASƏT 02 noy 2022, 09:35
““Diaspora Gənclərinin 3-cü yay düşərgəsi” layihəsi çərçivəsində bir müddət əvvəl Azərbaycana səfər etdim və Şuşaya, Ağdama yola düşdüm. Bilirsiniz ki, mənim ulu babam Pənahəli xanın imarəti Ağdamdadır. O Ağdamda Şahbulaq qalasını tikdirib. İlk dəfə idi doğma torpağıma ayaq basırdım. Müxtəlif hisslər yaşayaraq babalarımın torpağında addımlayırdım. Ermənilər hər yeri dağıtmışdı, imarəti təhqir edib, vandalizmə məruz qoymuşdular. İnanıram ki, bərpa işlərindən sonra o yerlərin sakinləri öz doğma torpağında yaşayacaq. Bu səfərin təəsüratları məndə o qədər iz buraxıb ki, ikinci dəfə də həmin yerlərə getmək arzumdur”.

Bunu Moderator.az-a açıqlamasında Pənahəli xanım varisi Məhəmmədəli Əkbərov deyib. O, daha sonra əlavə edib.

“Nəslimiz Şuşalıdır, amma atamın babası Ağdama köçmüşdür və burada 1 nömrəli məktəbdə direktor, həm də müəllim kimi faəliyyət göstərmişdi. Mən İspaniyada anadan olmuşam, orada təhsil alıram. Amma uşaqlıq illərindən evdə Azərbaycan dilində danışmışıq. O səbəbdən də öz doğma dilimi unutmamışam. Xan nəslindən olmaq böyük fəxarət və gözəl duyğudur” deyə Məhəmmədəli Əkbərov bildirib.

Məhəmmədəli bildirib ki, ailəsi də Şuşağa, Ağdama səfər etmək istəyir.

“Ailəm də gəlmək istəyirdi, amma müəyyən səbəblərdən tək mən gəlməli oldum. 5 il öncə desəydilər ki, Qarabağa səfər edəcəksən, heç vaxt inanmazdım. Biz İspaniyada yaşasaq da hər zaman xəyallarımız Ağdamla, Şuşa ilə olub. Mənim nənəm, xalam və əmim Bakıda yaşayırlar. 3-cü kursda oxuyuram. Həftəsonları oteldə işləyirəm. Musiqiyə, idmana böyük həvəsim var” deyə o bildirib.

Məhəmmədli Əkbərov daha sonra nəslindən danışıb.

“Bilirsiniz ki, Pənahəli xanın iki övladı olub, İbrahimxəlil və Mehrəli bəy. Biz Mehrəli bəyin nəsli sayılırıq. Mehrəli bəyin nəvəsi və kötücəsinin də adı Mehrəli olub. İkinci Mehrəlinin 4 övladından biri Qulam olub. Qulam atamın doğma babasıdır. Onu da qeyd edim ki, bizdə Mehrəli bəyin nəslindən olduğumuza dair sənəd var. Belə ki, keçmiş Daxili işlər naziri Ramil Usubov bununla bağlı atama bir sənəd bağışlamışdı. O sənədi göz bəbəyimiz kimi qoruyub saxlayırıq” deyə Məhəmmədəli bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top