Rusiyanın 1 günlük Ukrayna zərəri — Raket və PUA-ların qiyməti 700 milyon dolları keçdi

GÜNDƏM 01 noy 2022, 23:22
 “Oktyabrın 31-də Rusiyanın Ukrayna-ya atdığı raket və PUA-ların ümumi dəyəri təxminən 760 milyon dollar olub”

Demokrat.az Unian.net-ə istinadən xəbər verir ki, bu barədə Forbes jurnalı yazıb.

Jurnalın məlumatına görə, Rusiya həmin gün Ukrayna ərazisinə əlli beş Kh-101 qanadlı raketi, iyirmi iki S-300 zenit raketi, bir Kh-59 təyyarə raketi və beş müxtəlif tipli İHA ilə hücum edib.
 Forbes-in hesablamasına görə,  Rusiyanın istifadə etdiyi raketlərin qiyməti aşağıdaklı kimidir: X-101 raketinin qiyməti 13 milyon dollar, S 300 zenit raketi 2 milyon dollar, Kh-59 raketi ilə birlikdə müxtəlif tipli PUA-ların qiyməti isə 1 milyon dollara yaxındır.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top