“Ölkəmiz 20 noyabr 1989-cu ildə qəbul olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Bundan sonra bu sahədə milli qanunvericilik təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılıb. Bu il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” elan edilir. Bu müddət ərzində uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunması istiqamətində bir çox mühüm tədbirlər təşkil olunur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
“Hər il bu aylıq çərçivəsində məsul qurumlarla yanaşı, vətəndaş cəmiyyəti və icmalar tərəfindən uşaq hüquqlarına dair müxtəlif maarifləndirmə tədbirləri keçirilir, müsabiqələr, sərgilər təşkil olunur, araşdırmalar aparılır və hüquqların təmin olunması yönündə digər tədbirlər görülür. Təəssüf ki, bu gün dünyanın bir çox nöqtələrində uşaqlar müharibədən və digər səbəblərdən əziyyət çəkir. Azərbaycanda da uşaqlar müharibə qurbanı olub. Bu Xocalı soyqırımından tutmuş Gəncə terroruna kimi olan hadisələrdə baş verib. Nəinki müharibə dövründə, hətta atəşkəs zamanı da cəbhəyə yaxın olan bölgələrdə erməni terrorçuları bilərəkdən uşaq oyuncaqlarına partlayıcılar yerləşdirərək həmin rayonlarda uşaqların oyun ərazilərinə buraxırdılar. Bundan başqa sərhəd zonasında mülki evlərin atəşə tutulması nəticəsində 2 yaşlı uşaq şəhid olub. Bütün bunlar atəşkəs zamanı baş verənlər idi”.
Aynurə Pənahqızı
Demokrat.az