ADY: “Sumqayıt-Bakı qatarının havalandırma sistemində fasilələr baş verib” — YENİLƏNİB (VİDEO)

HADİSƏ 06 okt 2022, 12:59
“Bu gün səhər saat 08:15 radələrində Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib”.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

“Bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda yeni açıqlama olacaq”, - deyə qurum bəyan edib.

10:06

Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri Bakı Dəmiryolu Vağzalında qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsinə etiraz ediblər.


Oxu.Az xəbər verir ki, Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər. Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər.

08:56

Bakı Dəmiryolu Vağzalında sərnişinin səhhətində problem yaranıb.

“Report” xəbər verir ki, Sumqayıt-Xırdalan-Bakı qatarı ilə gələn sərnişinin Bakı Dəmiryolu Vağzalında dili qatlanıb.

Buna səbəb kimi qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsi göstərilir.

Dəmiryolu Vağzalında həkim tapılmadığı üçün təcili tibbi yardımın əməkdaşları gələnədək sərnişinə digər sərnişinlər və polislər yardım göstəriblər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top