Bakı və İrəvan sülh müqaviləsini bu tarixdə imzalayacaq — Erməni mətbuatı

GÜNDƏM 05 okt 2022, 00:23
“Bizdə olan məlumata görə, noyabrın birinci ongünlüyündə Brüsseldə Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanacaq"

Bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazır.

Qəzetin yazdığına görə, guya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşün təfərrüatlarını bildirmək üçün Brüsselə gedib.

Məlumatda həmçinin bildirilir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanı sazişin yekun variantını oktyabrın sonunadək Bakıya təqdim etməyə çağırıb. (Teleqraf.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top