Rusiyada səfərbərliyə çağırılan hərbçinin cəsədi tapıldı

GÜNDƏM 03 okt 2022, 18:58
Rusiyanın Sverdlovsk vilayətində səfərbərliyə çağırılan hərbçinin cəsədi tapılıb.

Cəsəd Poroşinonun Sverdlovsk kəndində hərbi hissənin tank hazırlığı mərkəzinin yeməkxanasında aşkarlanıb.

İlkin versiyaya görə, hərbçi intihar edib. Onun boynunda iki kəsik aşkar edilib və yanında bıçaq olub.

Məlumata görə, mərhumun adı Vladimir Potanindir. 46 yaşlı kişi Kurqanda yaşayıb və sentyabrın 26-da səfərbərliyə çağırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top