"Rəsmi İrəvanla Milli Şuranın eyni təklif və ya tələbi təsadüfdürmü?"

SOSİAL MEDİA 03 okt 2022, 11:40
"Siyasi proseslərdə təsadüfü heç bir məsələ olmur. Yəni baş verən istənilən hadisə - məsələ hansısa prosesin ya məntiqi davamıdır ya da nəticəsi". 

Demokrat.az
xəbər verir ki, bu fikirləri hərbi ekspert Ramil Məmmədli deyib.

"44 günlük müharibənin bitməsini təsdiqləyən 10 Noyabr 2020-ci il üçtərəfli bəyanatından bir neçə gün sonra “Demokratik Qüvvələrin Milli Şurası” adlı qurum Qarabağda Rusiya Silahlı Qüvvələrinin sülhməramlı birliyinin yerləşdirilməsinə etiraz bəyanatı verdi.Əlbəttə həmin günlərdə ölkəmizdə Rusiyanın sülhməramlı hərbi birləşməsinin Qarabağda yerləşdirilməsinə başqa etiraz edənlər də oldu. Məsələ bunda deyil.İş burasındadır ki, “Demokratik Qüvvələrin Milli Şurası” adlı qurum Azərbaycan hökumətindən tələb edirdi ki, təcili qaydada Qarabağ ərazisində sülhü təmin edəcək çoxmillətli neytral kontingentin formalaşdırılması istiqamətində addımlar atsın. Tələbdə isə üstünlük Qərbə verilirdi. Yəni dolayısı ilə NATO-nun hərbi birləşməsinin Azərbaycanda yerləşdirilməsi tələb olunurdu. Bu günlərdə Ermənistan da Qərb ölkələrinin təmsil olunduğu NATO-nun hərbi kontingentinin Ermənistan-Azərbaycan münaqişəsi bölgəsində - xəttində yerləşdirilməsini təklifini irəli sürüb. Artıq rəsmi İrəvan dolayısı ilə NATO-nun hərbi birləşməsinin Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində yerləşdirilməsini təklif edir. Daha dəqiqi Ermənistanın gündəlikdə təqdim etdiyi “digər ölkələrdən ibarət sülhməramlılar” təklifini ilk dəfə 3 tərəfli saziş imzalanan gündən bir gün sonra Milli Şura etiraz bəyanatında təklif etmişdi. Düşünməyə dəyər. Maraqlıdır, eyni mövzuda, yəni Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fərqli tarixlərdə, lakin üst-üstə düşən təklifin və ya tələbin irəli sürülməsi təsadüfüdürmü?"- deyə ekpert vurğulayıb.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top