Parisdə Azərbaycan səfirliyinə hücuma göz yuman fransızlar, Afrikanın savannasında ədalət axtarır

XARİCİ SİYASƏT 02 okt 2022, 14:15
Fransa Xarici İşlər Nazirliyi Qərbi Afrika dövləti Burkina Fasoda Fransa səfirliyinin binasına hücumu pisləyib.

“Yerli hakimiyyət orqanlarını diplomatların təhlükəsizliyini təmin etməyə çağırıb. 

Diplomatik mülkiyyətə qarşı hər hansı hücum qəbuledilməzdir deyə xatırladıb.

Fransa XİN-i həm də hiddətlənib ki, niyə yerli hakimiyyət fransa diplomatik nümayəndəliklərinə qarşı zorakılığı ən kəskin şəkildə pisləmir.

Yerli polis  səfirliyi qorumur və s. 

Fransa XİN-i  bütün maraqlı tərəfləri beynəlxalq konvensiyalara uyğun olaraq səfirliyin təhlükəsizliyini təmin etməyə çağırır”.

Keçən həftələrdə Avropanın Burkino Fasosu fransanın paytaxtı Parisdə Azərbaycan səfirliyinə hücüm ediləndə fransa hakimiyyətinin nə səsi çıxmışdı, nə də yerli polis fransa səfiliyin binasını müdafiə etmişdi.

Nə də Fransa dövlətinin diplomatik mülkiyyətə qarşı  öhdəlik və məsuliyyət tələb edən beynəlxalq konvensiyalara əməl etmək yadına düşmüşdü…

Avropanın mərkəzində səfirliyə hücuma göz yuman fransızlar , afrikanın savannasında səfirliyə hücuma niyə təəccüblənirlər?


Politoloq Yeganə Hacıyeva

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top