“Şimal axını 2” boru kəmərində qaz sızması dayandırıldı

GÜNDƏM 01 okt 2022, 23:30
“Şimal axını 2” boru kəmərində qaz sızması kəsilib.

Bu barədə Danimarka Enerji Agentliyi "Twitter" hesabında məlumat verib.

Açıqlamada bildirilib ki, “Şimal axını 2” boru kəmərini işlədən şirkətə Rusiyadan Almaniyaya uzanan boru kəmərində təzyiqin stabilləşdiyi barədə məlumat verilib.

Bildirilib ki, bu, kəmərdə sızmanın dayandığını göstərir.

Xatırladaq ki, Danimarka və İsveç sahillərində Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç sızma olduğu bildirilib və gəmilərin əraziyə yaxınlaşmaması ilə bağlı xəbərdarlıq edilib.

Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədli şəkildə törədildiyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top