Ermənistandan Rusiyaya qarşı DEMARŞ: “Düşmən yaxın vaxtlarda daha bir zərbə alacaq”

XARİCİ SİYASƏT 01 okt 2022, 18:09
Ermənistan Baş naziri Nikol Paşinyan insidentlərin qarşısını almaq üçün beynəlxalq monitorinq missiyasının yerləşdirilməsinin vacibliyini qeyd edib. Bundan əvvəl Paşinyan ABŞ və Fransada səfərlərdə olarkən bir neçə dəfə beynəlxalq missiyanı ölkəsinə dəvət etmişdi. Qarabağdan fərqli olaraq hazırkı toqquşmalar zamanı  Ermənistanın baş naziri de-yure istədiyi ölkə və təşkilatı Qərbi Zəngəzura və Göyçəyə dəvət edə bildiyini yaxşı bilir. Buna rəğmən, belə bir addım ataraq Rusiyaya qarşı demarş edir. 

VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Ermənistanın baş nazirinin son açıqlamaları bir-birini təkzib edir. 

“Nikol Paşinyan bir tərəfdən deyir ki, sülhə hazırıq, imza atmalıyıq və qarşılıqlı formada sərhədlərin tanınmalıyıq. Digər tərəfdən də, Qarabağ məsələsinin bura aid olmadığını bəyan edir. Amma, bütün hallarda Ermənistanla sülh müqaviləsinin bağlanmasının əsas şərti Ermənistan hökumətinin, rəhbərliyinin tam şəkildə Azərbaycan ərazisini tanımalıdır. Burada söhbət Azərbaycanın bütün suveren ərazilərindən gedir. Həmçinin, Ermənistan ərazisində qalan bizim torpaqlardan gedir. Qazaxın 7 kəndi, həmçinin Sədərəyin Kərki ərazisi də daxil olmaqla, bütün bunlar Azərbaycana qaytarılmalıdır”. 


Analitik qeyd edib ki, Ermənistan dövləti heç vaxt öz millətinə arxayın olmayıb:

“Buna görə də, onlar ya Rusiyanın, ya da ABŞ və Fransanın qucağında otururlar. Bunlar ümumiyyətlə stabil siyasət yürüdə bilmirlər. Bunlar kiməsə arxayın olub,  qonşu dövlətlərin ərazilərinə iddia edirlər. Azərbaycanın torpaqlarını da faktiki olaraq Rusiyanın hərbi yardımı ilə Ermənistan işğal edib. Bilirik ki, 30 ildən  sonra 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın igid oğullarının səyi nəticəsində torpaqlarımızın böyük bir hissəsi işğaldan azad olundu. Az bir hissəsi isə Rusiya sülhməramlıların nəzarətində qalıb və orada ermənilər yaşayır. O torpaqlar Azərbaycanın suveren əraziləridir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanınmalıdır və bu formada sülh müqaviləsi bağlanılmalıdır. Ümumiyyətlə, son vaxtlar Ermənistanın törətdiyi təxribatlar göz önündədir. Bu isə olduqca təhlükəlidir. Bütün baş verənlərlə bağlı ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür".”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top