“Rusiyanın bu qərarını qəbul edə bilmərik!” — Türkiyə XİN-dən BƏYANAT

REGİON 01 okt 2022, 14:38
“Türkiyə Donetsk və Luqansk “Xalq Respublikalarının”, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşmək qərarını qəbul edə bilməz”.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“2014-cü ildə tutduğumuz mövqeyə uyğun olaraq, qərarı qəbul etmirik. Beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərini kobud şəkildə pozan bu qərar qəbul edilə bilməz”, – bəyanatda deyilir.

Ankara tərəfləri sülh yolu ilə nizamlanma üçün danışıqlara çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top