Sui-qəsd nəzəriyyələri ABŞ-a işarə etdi — “Şimal axını” boru kəmərlərindəki sızmalara görə kim cavabdehdir?

DÜNYA 30 sen 2022, 22:05
Baltik dənizində Rusiyanın “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində qaz sızması ilə bağlı araşdırmalara başlanılıb. 

Demokrat.az
Tgrthaber-ə istinadən xəbər verir ki, iddialara görə, dənizin dərinliklərində uzaqdan idarə olunan sualtı qayıq qaz kəmərinin yanında yerləşən minanı partladıb. 

Bildirilib ki, Rusiya və Almaniyanı birləşdirən yüzlərlə kilometr boru xətti boyunca minalar döşənib.

 Xronometraj cihazından və ya gizli idarəetmə otağından həyata keçirilən partlayışda 1300 kilometr uzaqdan hiss edilən  təkanlar zəlzələ effektinə səbəb olub. 

Partlayışlardan biri danimarkalı mütəxəssislər tərəfindən İkinci Dünya Müharibəsində güclü bir bomba kimi təsvir edilib.

Partlayışdan bir neçə saniyə sonra “Şimal axını 1” və “Şimal axını 2”-dən qaz sızmağa başlayıb. Bir neçə gün ərzində Danimarka və İsveç sularına milyonlarla kubmetr təbii qaz buraxılıb.

Qeyd edək ki, Rusiya və ABŞ indiyə qədər ən böyük sənaye terror hücumu olan bu hadisəyə görə bir-birini ittiham edib.

Avropa ölkələri tərəfindən Rusiya lideri Putinə qarşı təxribat ittihamları olsa da, konspirasiya nəzəriyyələri ABŞ prezidenti Co Baydenə işarə edir.

Xatırladaq ki, hələ Rusiya-Ukrayna savaşı başlamadan öncə, ABŞ prezidenti Co Bayden Rusiya hərbçilərinin Ukraynaya girəcəyi təqdirdə “Şimal axını”na son qoyacağını bildirib.

 Baydenin fevraldakı bu bəyanatından sonra Rusiya Ukraynaya hücumlara başlayıb. Bu səbəbdən Baydenin Putindən qisas ala biləcəyi ehtimalları arasında yer alır.

Hətta Baydenin “Şimal axını 2”nin Almaniyanın nəzarətində olduğunu bilə-bilə bu əməliyyatın aparılmasının diplomatik baxımdan çox zərərli olacağına dair tənqidləri rədd edərək, şübhə edənlərə “biz edəcəyik, söz veririk, edə biləcəyik” deyib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top