Roza Zərgərli Rəhim Rəhimlidən DANIŞDI: “Bəli, küsülü olsaq da…”

ŞOU-BİZNES 30 sen 2022, 16:20
“Hazırda Azərbaycanda deyiləm. Azərbaycanda olsaydım, 100 faiz yas mərasimində iştirak eləyərdim”.

Bu sözləri Demokrat.az-a açıqlamasında müğənni Roza Zərgərli bu gün vəfat edən müğənni Rəhim Rəhimli ilə bağlı danışarkən deyib.

“Biz eyni səhnəni paylaşmışıq. Bəli, küsülü olsaq da, mənim tanıdığım şəxs idi. Azərbaycan səhnənisini tərk edib, dünyasını dəyişib. Məkanı cənnət olsun!”.

Qeyd edək ki, konsertlərin birində musiqi qrupu Rozanın onun qonorarını vermədiyini iddia etmişdi. Roza həmin qrupu Rəhimin öyrətdiyini açıqlamışdı.

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top