Bərdədə dövlət bayrağını yerə atan məmura cinayət işi açılıb — Baş Prokurorluq

HADİSƏ 30 sen 2022, 13:28
Bərdədə “bayraq qalmaqalı” ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib. 

Xəbərə görə, qeyd olunan faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılmışdır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top