“COVID-19” əleyhinə peyvənd olunanların sayı açıqlandı — FOTO

SOSİAL 29 sen 2022, 16:48
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1049 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 385, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 437, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 889 515, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 381 575, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 386, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 378 878, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 676 nəfər təşkil edir.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top