ABŞ Ukraynaya daha 1 milyard dollarlıq hərbi yardım göndərir

DÜNYA 28 sen 2022, 23:02
Amerika Birləşmiş Ştatlar Ukraynaya daha 1,1 milyard dollarlıq hərbi yardım paketi təqdim edəcək.

Demokrat.az
-ın xəbərinə görə, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Bildirilir ki, son yardım paketi Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində veriləcək. 

Buraya 18 HIMARS reaktiv raket sistemi (MLRS) və 150 ​​"Humvee" zirehli yolsuzluq avtomobili daxildir.

Hərbi mənbələrin yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin son uğurları HIMARS və digər oxşar sistemlərlə bağlıdır.

Yardım paketinə 150 taktiki avtomobil, radar və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri daxildir. 

Bununla da, Ukraynada müharibə başlayandan indiyədək ABŞ-ın rəsmi Kiyevə yardımının ümumi həcmi 16,2 milyard dollara çatıb.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top