Hadisə

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax magistralında avtomobil piyadanı vuraraq ağır xəsarətlər yetirib.

Hadisə Bakı-Qazax magistralının 111-ci kilometrliyində Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Cəfərov Asəf Yusif oğlunu vuraraq ağır yaralayıb.

Müxtəlif politravmalar alan piyada travmatik şok vəziyyətində Şirvan Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır. (lent.az)

NE
Nihadə Eyyubova