İlahiyyatçı Elşad Miri məktəbyaşlı qızların hicab taxması ilə bağlı fikirlərini bölüşüb.
O, azyaşlı qızların baş örtüyü taxmasının dini baxımdan vacib olmadığını bildirib.
Elşad Mirinin sözlərinə görə, bəzi valideynlər övladlarını gələcəkdə hicab taxmağa alışdırmaq məqsədilə kiçik yaşlardan onların başını örtürlər.
İlahiyyatçının fikrincə, bu, uşaqların yaşıdlarından fərqlənməsinə, sinif yoldaşlarından uzaq düşməsinə və özlərini kənarda hiss etmələrinə səbəb ola bilər.
Qeyd edək ki, məktəblərdə hicab məsələsi son günlərin ciddi şəkildə müzakirə olunan mövzularındandır.


